Müdafiə Nazirliyi mətbuat sahəsində görülən işlər barədə hesabat hazırlayıb

2021-ci ilin yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyinin rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında paylaşılan məlumatların statistikası, eləcə də mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Müdafiə Nazirliyinin www.mod.gov.az rəsmi internet səhifəsinin məzmunu və tərtibatı çevik informasiya yayımını həyata keçirmək üçün 3 (Azərbaycan, ingilis və rus) dildə fəaliyyətini davam etdirib.

Hesabat dövrü ərzində Müdafiə Nazirliyi tərəfindən ümumilikdə 723 məlumat hazırlanıb. Bundan 565 məlumat rus, 550 məlumat isə ingilis dilinə tərcümə edilərək Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində, o cümlədən feysbuk, tvitter, teleqram, instaqram sosial şəbəkələrində və yutub kanalında yerləşdirilib.
Müdafiə Nazirliyinin yutub kanalında yerləşdirilən videolara yazılmış mətnlərin 372-si rus, 369-u ingilis dillərinə tərcümə edilib.
Hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 3.418 foto və 429 video material rəsmi internet səhifəsinə yerləşdirilib.
Kütləvi informasiya vasitələrindən (KİV) daxil olan 60 sorğu cavablandırılıb, bundan 15-i rus, 7-si isə ingilis dilinə tərcümə edilib. Hərbi hissələrdə çəkilişlər aparılması üçün televiziya kanallarının nümayəndələrinə 95 icazə məktubu verilib. Müdafiə Nazirliyi tərəfindən təşkil olunan tədbirlərin işıqlandırılması məqsədilə informasiya agentliklərinin nümayəndələrinin 27 tədbirdə iştirakı təmin edilib.
Hesabat dövrü ərzində geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə müxtəlif səpkili 14 media-tur keçirilib.
İşğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonları ərazilərinin Mühəndis Qoşunları tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib. Jurnalistlər həmçinin Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilən müasir mühəndis texnikasının fəaliyyətini səhra şəraitində izləyiblər.
Media-tur çərçivəsində jurnalistlər Ağdam rayonu ərazisində yeni quraşdırılan modul tipli hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də tanış olub. Bundan əlavə, bu rayonun ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində də KİV nümayəndələri iştirak edib.
Xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı prosesinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılış mərasiminin mediada işıqlandırılması təmin olunub.
Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlimlər barədə mediada operativ xəbərlərin verilməsi məqsədilə jurnalistlərin təlimdə iştirakı üçün şərait yaradılıb.
Hesabat dövrü ərzində yerli və xarici KİV-in, həmçinin feysbuk, tvitter, teleqram, instaqram sosial şəbəkələri və yutub kanallarının monitorinqi zamanı maraq doğuran 8.089 məlumat təhlil edilib. Onlardan 3.533-ü Azərbaycan, 2.663-ü Ermənistan, 255-i Rusiya, 33-ü digər xarici ölkələrin saytlarına, həmçinin 1.605 məlumat isə sosial şəbəkələrə aiddir.
Qeyd edilən dövr ərzində aparılan xarici KİV-nin monitorinqi zamanı maraq doğuran 11 məqalə ingilis dilindən tərcümə edilərək yerli KİV-də dərc olunması üçün hazırlanıb, həmin məqalələrdən 4-ü dərc olunub. Əlavə olaraq xarici ekspertlərdən alınmış 3 müsahibə rus dilində hazırlanaraq yerli KİV-də dərc olunub.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin [email protected][email protected] elektron poçt ünvanlarına 2.986 müraciət daxil olub ki, bu müraciətlər də müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılıb.
Hesabat dövründə nazirliyin feysbuk səhifəsində 1.087, instaqram səhifəsində 1.087, teleqram səhifəsində 1.082 məlumat paylaşılıb, tvitter səhifəsində isə 1.087 tvit yerləşdirilib.
Cari ilin altı ayı ərzində Müdafiə Nazirliyinin Yutub kanalına ümumilikdə 410 video yüklənib.

Teqlər: