Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur” – deyə, məlumatda bildirilir.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəncədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.