Müdafiə nazirinin əmri ilə polkovnik-leytenant ehtiyata buraxılıb

Xəbər - Samir Əli – Trend:

“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2021-ci il fevralın 12-dən “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi”nə görə ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.


Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.

Teqlər: