Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.
Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanının tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.

Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.

Teqlər: