Mübarizə sərtləşir: Əhmədinejad da namizəd oldu

Mübarizə sərtləşir: Əhmədinejad da namizəd oldu

2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.

AzerTimes xəbər verir ki, bu barədə İran mediası yazıb.

Qeyd edək ki, namizədliklər 3 iyuna qədər qeydə alınacaq. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində namizədliyi nəzərdən keçirəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.

İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.

Teqlər: