14-18 avqust tarixində Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Muay Tay üzrə Türk dünyası çempionatı keçirilib.
AzerTimes xəbər verir ki, ölkəmizi bu yarışda 15 idmançı təmsil edib.
Yarışda 11 ölkədən 150 dən çox idmançı iştirak edirdi .Yarışın təntənəli açılış mərasimində bütün Türk dövlətləri öz milli rəqsləri və musiqiləri ilə iştirak edib Yarış komandamlz üçün uğurlu alınıb .
İdmançılarımız 4 qızıl 1 gümüş bir bürünc medal qazanıb:
48 kq da Natiq Əliyev qızıl
60 kq da Xəyal Əliyev qızıl
67 kq da Məhər Əsədzadə qızıl
86 kq da Səməndər İsgəndərov qızıl
71 kq da Məhəbbət Hümbətov gümüş
51 kq da Şoranov Nihad bürünc
Fatimə Hüseynli isə ən yaxşı xanım idmançı seçilib.
Qeyd edək ki, gələn il Türkiyədən sonra bu mötəbər yarışın ölkəmizdə keçirilməsi ücün Gənclər və İdman Nazirliyinə dəstək olması ücün müraciət olunacaq. Bu yarış Türk xalqalarının birlik bərabərlik nümunəsidir.