Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur.

AzerTimes xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır.

O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub:

“Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır”.

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Teqlər: