Xəbər - Ceyhun Ələkbərov – Trend:
Elm və texnologiya strategiyası inkişaf etmiş və ya etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin formalaşmasında əsas faktorlardan biridir. Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib. Bu sahədə inkişaf etmiş ölkələr, qlobal rəqabətçilikdə əsas üstünlüyü ələ keçirmiş və inkişaf dinamikasını yüksək tempdə tutmaq üçün texnologiya infrastrukturlarını daim yeniləməkdə və gücləndirməkdədirlər.
Bunu AzerTimes-a IKT üzrə ekspert Elvin Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan texnologiya sahəsində son 10 ildə regionda bir sıra ilklərə imza atıb: “Bununla belə sürətlə yenilənən texnologiya sənayesində aparıcı qüvvələrdən biri olmaq üçün davamlı işlər görülməlidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələrində peyk xidmətlərinə malik olması Azərbaycanın bu regionda texnologiya sahəsində ən büyük uğuru hesab oluna bilər. Həmçinin, 2-ci Qarabağ müharibəsində 5-ci nəsil müharibə silahlarından istifadə olunması, İnformasiya Kommunikasiya Texnologiyaları istiqamətində aparılan işlər Azərbaycan adını regionda və dünyada texnologiya sahəsində potansial ölkə olduğunu bildirən bariz göstəricidir.
Bu gün dövlət strukturlarında elektron iş mühitinin formalaşması, proseslərin avtomatlaşması, informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi ölkəmizdə başlıca hədəflərdən biridir. Bu hədəfə çatmaq üçün qurumlarda texnologiya infrasturukturlarının təkminləşdirilməsi aktual mövzulardan birinə çevirilmişdir. 4-cü sənaye inqilabına keçid mərhələsinə hazırlaşan ölkəmiz bu istiqamətdə elektron sənayenin qurulması və informasiya kommunikasiya texnologiyalarının tam səmərəli istifadəsini təmin edən strategiya və planlamalar qurmalı, ağıllı şəhər konsepsiyasına start aldığımız bir dövrdə ölkədə mövcud texnologiya infrasturkturu tam təhlil edilməlidir. Bu təhlillər əsasında texnologiya infrastrukturlarına qoyulacaq investisya həcmi və hərəkət planları məlum olacaq”.