Müasir 4-cü nəsil protezlərlə yeni aktiv həyata doğru (VİDEO)

Onlar şanlı Zəfərimizin qəhrəmanlarıdır. 44 günlük Vətən
müharibəsində keçdikləri şücaətlərlə zəngin şərəfli döyüş yolunda
əzalarını itirsələr də, Azərbaycan dövləti onların yenidən aktiv
həyata dönüşü üçün hər şeyi edir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr
ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir
protezlərlə təminatına başlanıb.

Artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd
müasir 4-cü nəsil protezlə təmin edilib.

Onlardan 188 nəfəri Vətən müharibəsi qazısıdır.

82 nəfəri isə I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki
dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir.

“Genium” tipli müasir 4-cü nəsil protezlər aktivliyi və
funksionallığı ilə qazilərimizin sərbəst və inamlı şəkildə hərəkət
etmələrinə, hətta istədikləri zaman futbol oynaya bilmələrinə belə
imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi
yeni videoçarx da elə bu mövzudadır.

Teqlər: