7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyi təsdiqlənən şəxslərin namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin (o cümlədən imza vərəqələrinin) Mərkəzi Seçki Komissiyasına təqdim edilmə tarixi 8 yanvarda bitəcək.
AzerTimes xəbər verir ki, bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub.