Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib: “5 831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb”.
M.Pənahov qeyd edib ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.