MSK-nın yeni strukturu təsdiqləndi

MSK-nın yeni strukturu təsdiqləndi

Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AzerTimes-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2022-ci il avqustun 4-də keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq olunması məsələsi müzakirə edilib. Bildirilib ki, Katibliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Komissiyanın 2022-ci il 4 avqust tarixli Qərarı ilə “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edildiyi üçün mövcud strukturun təkmilləşdirilərək yenidən təsdiq edilməsinə zərurət yaranıb. Qeyd olunanları əsas götürən Mərkəzi Seçki Komissiyası Katibliyin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə qərar verib.

Media tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

Teqlər: