Azərbaycan Mətbuat Şurası (MŞ) Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəylinin vəfatı ilə bağlı məlumat yayıb.
AzerTimes xəbər verir ki, MŞ Ukraynada vəfat etmiş İ.Camalbəylinin ailə üzvlərinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
“1976-cı ildə Bakıda anadan olmuş İ.Camalbəyli 2003-cü ildən jurnalistikada olub. “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.az və Missiya.az informasiya portallarında çalışıb. Ömrünün son illərini keçirdiyi Ukraynada Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb. Ölkədə müharibə başlayan gündən indiyədək ən qaynar nöqtələrdən reportajlar yayımlayıb.
Allah jurnalist həmkarımıza rəhmət eləsin!” – məlumatda qeyd edilib.