Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “MOZART” konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bildirib.
Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.
A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:
“15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik”.