Mozambikdə küləyin sürəti 55 m/s-dən çox olan “Qombe” tropik
siklonu ən azı 10 nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, bu barədə Nampula Əyalət
Administrasiyasının sözçüsü Meti Qondola bildirib.
Nampula “Qombe” siklonundan digər bölgələrindən daha çox zərər
çəkib. Bu əyalətdə evlərə, elektrik şəbəkələrinə, rabitə və yol
infrastrukturuna, o cümlədən körpülərə ziyan dəyib.
Mozambik Milli Elektrik Şirkəti ölkənin 20 rayonunda 300 min
insanın işıqsız qaldığını bildirib.