Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfərə
gəlib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu öz feysbuk hesabında məlumat verib.
“Antalya Formundan sonra Ukrayna böhranını həll etmək üçün
diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq”, –
deyə Çavuşoğlu yazıb.