Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək

“MV Mozart” gəmisi Qabon limanına daxil olan kimi azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin Vətəninə göndərilməsi istiqamətində tədbirlər görüləcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTN telekanalına açıqlamasında bildirib.

“MV Mozart” gəmisinin hazırda Qabonun sahil sularına çatdığını deyən Mövlud Çavuşoğlu qeyd edib ki, bir qədər əvvəl gəminin kapitanı ilə telefonla danışıb. Hazırda gəmi təhlükəsiz şəkildə limana daxil olmaq üçün gözləyir. Gəmiyə texniki yardım heyətinin göndərilməsi ilə bağlı Qabon tərəfi ilə danışıqlar aparılıb.


Nazir diqqətə çatdırıb ki, dəniz quldurları tərəfindən qaçırılan gəmi heyətinin xilas edilməsi üçün koordinasiyalı iş aparılır.

Qeyd edək ki, dəniz quldurlarının basqınına məruz qalan “MV Mozart” gəmisinin 19 heyət üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb.

Teqlər: