Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

AzerTimes xəbər verir ki, nazirin “Twitter” səhifəsində yer alan başsağlığı mətnində deyilir:

“Can Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov qardaşımızın vəfatını böyük üzüntü ilə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnet olsun”.

Teqlər: