Mövlud Çavuşoğlu: Antalya Diplomatiya Forumu qarşıya qoyduğu bütün vəzifələri uğurla yerinə yetirib

Müharibədə Zəfər qazanılandan – Azərbaycan işğal altındakı
torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə
və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə
ifadə ediblər.

AzerTimes-ın
məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu Forumla bağlı keçirdiyi mətbuat konfransında
jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”
ifadəsini xatırladan nazir Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan
münasibətlərin normallaşması üçün sülh əlini uzadıb. “Azərbaycan
kimi Ermənistanın da sülh mövqeyi göstərməsini gözləyirik”, – deyə
türkiyəli nazir vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu bir daha diqqətə çatdırıb ki, Azərbaycan
və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla
münasibətlərin normallaşmasına dair bütün addımları atırlar.

Teqlər: