Portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçisi olduğu komanda karyerası ərzində ilk dəfə 6 qol buraxıb.
Tredn-in məlumatına görə, “Opta Sports”un “Twitter” hesabında deyilir.
Bildirilir ki, UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində J.Mourinyonun baş məşqçisi olduğu İtaliyanın “Roma” klubu səfərdə Norveçin “Bude-Qlimt” klubuna 1:6 hesabı ilə məğlub olub.
Bundan əvvəl 2010-cu ildə J.Mourinyonun baş məqçisi olduğu “Real” “Barselona” ilə oyunda 5 top buraxıb.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildə “Roma”nın baş məşqçisi təyin edilib.