“Fənərbağça” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Arda Güləri icarə əsasında transfer etməsini istəyib.
AzerTimes “SporX”ə istinadən xəbər verir ki, Mourinyo Arda Gülərin əsas heyətdə istənilən nəticəni verə biləcəyini və komandaya qatılmasını istədiyini bildirib.
Klub rəsmiləri Arda Gülərin keçidi üçün “Real Madrid”ə təklif göndərəcəklərini deyiblər.
Qeyd edək ki, Arda Gülər 2023-cü ilin iyul ayında 15 milyon avro qarşılığında “Fənərbağça”dan “Real Madrid”ə transfer olunub.