Mosuldan qaçan terrorçular qadın geyimində tutuldu

Mosuldan qaçan terrorçular qadın geyimində tutuldu

Mosul İŞİD terror qrupundan azad ediləndən sonra terrorçuların hələ də şəhərdə olduğu və gizləndikləri iddialar arasında idi.

Minlərlə terrorçunun məhv edilməsinə baxmayaraq, qadın cildinə girərək şəhəri tərk etməyə çalışan bir qrup İŞİD üzvü ələ keçirilib. Məsələnin qeyri-adi tərəfi isə bəzi terrorçuların saqqallarını kəsmədən, sifətləri açıq vəziyyətdə özlərini qadın kimi qələmə verməyə çalışmalarıdır.
ABŞ mediası bildirir ki, Mosulda 400 terrorçu kiçik bir otaqda saxlanılır.

Qeyd edək ki, 2014-cü ildən bəri İŞİD işğalında olan Mosul 2016-cı ilin oktyabrından başlayan hərbi əməliyyatlardan sonra təxminən 2 həftə əvvəl azad edilib. İraq ordusunun növbəti hədəfi isə Telafer bölgəsini terror qrupundan azad etməkdir.