Mosulda məktəbə raket atıldı

Mosulda məktəbə raket atıldı

İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı faciə yaşanıb.
Şəhərin qərbində gedən döyüşlərdən canlarını qorumaq üçün məktəbə sığınan mülki vətəndaşlara qarşı raket bombalamasında 81 nəfər ölüb.
İŞİD-in nəzarətində olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.

Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.

Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı Əli əl-Bəhadili Ən-Nəccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü deyib.