İsrail kəşfiyyatı MOSSAD Türkiyədə yaşayan əcnəbiləri izləyir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.
“Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) MOSSAD agentlərinin respublikada yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Onlar CPS cihazları ilə nəqliyyat vasitələrinin hərəkətini izləyib, qacetlərini vayfay şəbəkələrinə qoşmaqla əcnəbilərin Türkiyədə yaşadıqları yerləri müəyyənləşdiriblər”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu, Türkiyədə xarici vətəndaşlar arasında ictimai etiraza səbəb ola bilər.