MOSSAD rəhbəri Romaya getdi: MKİ direktoru ilə görüş

MOSSAD rəhbəri Romaya getdi: MKİ direktoru ilə görüş

MOSSAD rəhbəri Devid Barnea Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns, Qətər Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamellə Qəzza razılaşmasının təşviqi ilə bağlı görüşdə iştirak etmək üçün Romaya gedib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail baş nazirinin müşaviri Dmitri Gendelman məlumat verib.

“MOSSAD rəhbəri David Barnea bu gün MKİ rəhbəri, Qətər hökumətinin başçısı və Misir kəşfiyyatının rəhbəri ilə görüşmək üçün Romaya gedib”, – Gendelman bildirib.

Teqlər: