MOSSAD rəhbəri David Barnea Qətərə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Barnea Qəzza zolağından girovların azad edilməsi ilə bağlı müzakirələr aparıb.
Qeyd olunub ki, Qətər girovların azad edilməsi məsələsində İsrail və HƏMAS arasında əsas vasitəçidir.