MOSSAD peycer əməliyyatına bu tarixdən hazırlaşıb

MOSSAD peycer əməliyyatına bu tarixdən hazırlaşıb

MOSSAD iki ildən çoxdur ki, Hizbullah üzvlərinin istifadə etdiyi rabitə cihazlarını sıradan çıxarmaq üçün əməliyyat planlaşdırırdı.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, rabitə cihazlarının pozulması ideyası 2022-ci ildə yaranıb.

Mənbələr bildirib ki, MOSSAD hələ 2015-ci ildən Livana partladıcılar yerləşdirilmiş radiocihazlar təqdim etməyə başlayıb. Onlar dinləmə alətləri kimi istifadə olunurdu və böhran daha da pisləşərdisə, partlatıla bilərdi.

“Hizbullah partlayıcı batareyaları olan AR924 peycerlərini Tayvanın “Apollo” şirkətinin Yaxın Şərqdəki nümayəndəsi vasitəsilə alıb. Şirkət MOSSAD-ın əməliyyatında iştirak etməyib, çünki cihazların istehsalı xarici şirkətlər tərəfindən həyata keçirilirdi və “Apollo” nümayəndəsi də peycerlərin İsraildə yığıldığını bilmirdi, – məlumatda qeyd olunub.

Mənbələrin sözlərinə görə, peycerlərfə gizlədilən çox az miqdarda partlayıcı maddəni aşkar etmək demək olar ki, mümkün deyil.

Teqlər: