İranın Kəşfiyyat Nazirliyi İsfahan şəhərindəki sənaye mərkəzində təxribat aktının qarşısını aldıqdan sonra MOSSAD İran departamentindən ən azı altı yüksək rütbəli zabiti uzaqlaşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
İranın Kəşfiyyat Nazirliyi MOSSAD-ın İsfahandakı sənaye mərkəzində planlaşdırdığı təxribat aktını törətmək üçün mürəkkəb əməliyyatı üzə çıxarıb və planda iştirak edən bütün əməliyyat elementlərini həbs edib.
Bundan sonra MOSSAD İran departamentinin rəhbərini işdən çıxarıb və ən azı altı yüksək rütbəli zabiti İran kəşfiyyat orqanları ilə əlaqədə ittiham edərək müxtəlif yollarla öldürüb.
Tomer Eykes, Ayalon Şapira, Şaron Smal, Şaliye Vestland, Ofek Aharon və İtamar Elhara İran təhlükəsizlik xidmətləri ilə əlaqədə ittiham edilərək dindirilmə zamanı MOSSAD tərəfindən öldürülən altı yüksək rütbəli zabitlərdir.
Məlumata görə, MOSSAD-ın əks-kəşfiyyat idarəsi bu altı zabitdən başqa bir sıra digər zabitləri də müxtəlif yollarla, məsələn, avtomobil qəzaları yolu ilə sıradan çıxarıb. Ölənlərin dəqiq sayı və taleyi məlum deyil.