MOSSAD HƏMAS-la bağlı xəbərdarlıq edibmiş…

MOSSAD HƏMAS-la bağlı xəbərdarlıq edibmiş…

İsrail kəşfiyyatı HƏMAS-ın hücumundan əvvəl bir sıra investisiya şirkətləri vasitəsilə hərəkatın milyonlarla maliyyələşdirildiyini bilirdi və bunun dayandırılması planlarını təklif edirdi, lakin rəhbərlik buna məhəl qoymadı.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri bir sıra mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, HƏMAS-ın Sudanda mədən, quşçuluq və yol tikinti şirkətləri, BƏƏ-də tikinti şirkəti, Əlcəzairdə daşınmaz əmlakın inkişafı şirkəti, eləcə də Türkiyə birjasında siyahıya alınmış daşınmaz əmlak şirkəti olub.

İstintaq müəyyən edib ki, yüksək vəzifəli İsrail və Amerika rəsmiləri maliyyə kəşfiyyatına üstünlük vermirlər. Bütün bunlar isə şirkətlərdən HƏMAS-a yeni silahlar alarkən və hücuma hazırlaşarkən on milyonlarla dolların necə axdığını göstərir.

Teqlər: