MOSSAD rəhbəri Devid Barnea HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün İsrailin hərbi kabinetinə 9 bəndlik razılaşma təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlumata əsasən, bu razılaşmanın birinci mərhələsi 35 günlük atəşkəs müqabilində 35 girovun azad edilməsi müqabilində olacaq. Yəni atəşkəsin hər günü üçün HƏMAS saxladığı 136 girovdan birini azad edəcək.
“Tayms of İsrail”in məlumatına görə, birinci mərhələdə azad ediləcək girovların qadınlar, xəstələr, yaralılar və yaşlılar olmasına üstünlük veriləcəyi bildirilib.
İsrailin azad etməli olduğu fələstinli məhbusların sayı ilə bağlı hələ dəqiq qərar verilməyib. Çünki İsrail ağır cinayətlərə görə həbs olunanları deyil, yalnız daha yüngül cinayətlər törətmiş şəxsləri azad etmək istəsə də, HƏMAS digərlərinin də azad edilməsində israrlıdır.