MOSSAD HƏMAS-ın Avropadakı şəbəkəsini ifşa etdi

MOSSAD HƏMAS-ın Avropadakı şəbəkəsini ifşa etdi

MOSSAD Avropada İsrailin aktivlərinə qarşı terror aktları hazırlayan HƏMAS şəbəkəsini üzə çıxarıb.

AzerTimes xəbər verir ki, İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, şəbəkənin hədəfində İsrailin İsveçdəki səfirliyi olub.

“Avropanın xüsusi xidmət orqanları ilə birgə keçirilən əməliyyat zamanı yaraqlıların bəziləri öldürülüb, bəziləri Almaniya, Danimarka, Niderland və İsveçdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, şübhəlilərin bir qismi qaçmağa müvəffəq olub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, şəbəkə hücumları həyata keçirmək üçün partlayıcı qurğular və dronlardan istifadə etməyi planlaşdırırmış.

Teqlər: