MOSSAD hədələdi, İran Xamenei ilə bağlı tədbir gördü

MOSSAD hədələdi, İran Xamenei ilə bağlı tədbir gördü

İranın dini rəhbəri Əli Xameneinin bu gün cümə namazında çıxışının planlaşdırılması səbəbindən paytaxt Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media platformalarında paylaşımlar edilib.

Bildirilib ki, polis qüvvələri ilə yanaşı, xüsusi təyinatlılar və mülki geyimli təhlükəsizlik məmurlarının da sayı artırılıb.

“Cümə namazı qılınacaq bölgəyə aparan bütün yollarda postlar qurulub, hökumət qüvvələri səfərbər edilib və partlayıcı aşkarlayan itlər cəlb edilib”, – məlumatlarda vurğulanıb.

Qeyd edək ki, Əli Xamenei sonuncu dəfə 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsindən sonra cümə namazında iştirak və çıxış edib.

Bugünkü iştirak isə Xameneinin 35 illik rəhbərliyi dövründə cümə namazında 42-ci iştirak və çıxışı olacaq.

Xatırladaq ki, MOSSAD Xameneini bugünkü cümə namazının “sonuncu” olacağı ilə bağlı təhdid edib.

Teqlər: