İsrailin MOSSAD kəşfiyyat xidmətinin direktoru David Barnea Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmək üçün Qətərə səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Barneanın Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşəcəyi bildirilib.