Gecə saatlarında Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, ilk hücum Lyubertsı şəhər dairəsinə edilib. Daha sonra Jukovski rayonunda PUA-lar vurulub. Yerli sakinlərin bildirdiyinə görə, azı 6 partlayış eşidiblər.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoe, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA vurub.
Rusiya mətbuatı Ramensk rayonundakı yaşayış binasında 11 və 12-ci mərtəbələrdə yanğın çıxdığını yazıb.
Digər yaşayış binasında isə 20-yə yaxın mənzildə yanğın çıxıb. 3 nəfər qəlpə yarası alıb.
Jukovski aeroportuna da PUA-nın düşdüyü barədə məlumat yayılıb.
Domodedovo, Vnukovo və Jukovski aeroportlarının fəaliyyəti dayandırılıb.