

Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum edilib.
AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında bildirib.
“Mayın 30-da səhər saatlarında PUA hücumu nəticəsində şəhərdə bir neçə binaya cüzi ziyan dəysə də, tələfat qeydə alınmayıb.
Şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir”, – mer bildirib.
Bundan əlavə, Moskva yaxınlığındakı Odintsovo rayonunda partlayışların olduğu qeyd edilib. Lenin prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.