Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Moskvaya edilən kütləvi PUA hücumunun qarşısı alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Ramenski, Domodedovo və Kolomna şəhər dairələrində 22 PUA zərərsizləşdirilib.
Sobyanin Domodedovo və Jukovski aeroportlarında “Xalça” planı tətbiq edildiyini bildirib.