Silahlı qiyama cəhd edən “Vaqner”in təsisçisi Yevgeni Priqojin sonda Sovet İttifaqına hücum edən Adolf Hitler kimi davrandı.
Axaraz xəbər verir ki, bunu “Rosneft”in vitse-prezidenti və sözçüsü Mixail Leontyev deyib.
“Deyirlər: “Priqojin həqiqəti söylədi”. Nə olsun? Məsələn, Hitlerin Sovet İttifaqına hücumdan sonrakı çıxışını götürsək, reallığın 80%-i orada əks olunub. Lakin bu, onun Hitler olmasına mane olmur”, – o bildirib.