Moskvaya dron hücumunun hədəfi bu idi – Şoyqu

Moskvaya dron hücumunun hədəfi bu idi – Şoyqu

Kiyevin həyata keçirdiyi terror aktının məqsədi Moskvadakı mülki obyektlər olub.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Bu gün səhər saatlarında Kiyev rejimi Moskva vilayətində terror aktı həyata keçirib. Qeyd edim ki, bu, mülki hədəflərə qarşı olub. Buraya səkkiz təyyarə tipli dron cəlb olunub. Onların hamısı vurulub”, – Şoyqu bildirib.

Nazir qeyd edib ki, Moskvada üç PUA radioelektron mübarizə vasitələri ilə sıxışdırılıb. Onlar idarəetməni itirib və nəzərdə tutulan məqsədlərdən yayınıb.

Teqlər: