Moskvanın təklifi: Tiflis də Bakını seçərsə… – Ekspert

Moskvanın təklifi: Tiflis də Bakını seçərsə… – Ekspert

7-8 il öncə Rusiya və NATO hərbi rəhbərliyi Azərbaycanda görüşdü. Rusiyanın Baş Qərargah rəisi NATO-nun Avropadakı baş komandanı ilə məhz Bakıda üç dəfə görüşüb, fikir mübadiləsi apardı.

Bu sözləri AzerTimes-a politoloq Elxan Şahinoğlu Abxaziya ilə bağlı görüşlərin Bakıda keçirilməsi təklifi ilə bağlı məsələyə münasibətində qeyd edib.

“Prinsip etibarı ilə Gürcüstan Azərbaycanın strateji tərəfdarıdır və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əgər Gürcüstanın da belə bir istəyi olarsa, bəli, razılaşmaq olar. Bu, Azərbaycanın bölgədəki rolunun artmasına işarədir”, – politoloq vurğulayıb.

O bildirib ki, Rusiya və Gürcüstanın uzun müddətdir İsveçrədə apardığı nəticəsiz dialoqun Bakıda olması problemin həllinə töhfə verə bilər.

Qeyd edək ki, Abxaziyanın nümayəndələri Moskvanın Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşündükləri barədə açıqlama veriblər.

Teqlər: