Moskvanın Qarabağ oyunu – Yeni plan belədir…

Moskvanın Qarabağ oyunu – Yeni plan belədir…

Ermənistanın daxili siyasi seqmentində baş verən proseslər Rusiyanın Nikol Paşinyanı devirmək məqsədilə yeni həmləyə əl atdığı ehtimalını önə çıxarır, xüsusilə keçmiş prezident Robert Koçaryanın həbs edilən oğlu Levon Koçaryanın “Ermənistan” fraksiyasından deputat mandatı alması və buna görə azadlığa çıxması fonunda.

Hesab etmək olar ki, Koçaryan oğlu Levonu azad etmək məqsədilə ona rəhbərlik etdiyi fraksiyadan “mandat” bağışlandı. Hərçənd, Levonun parlament kürsüsünə çıxan kimi verdiyi açıqlamalar baş verənlərin təsadüf olmadığı versiyasını gücləndirir.

Levon Koçaryan iki məsələ üzərində xüsusilə dayandı.

Birincisi, Nikol Paşinyanın devrilməsi.

O bildirdi ki, əsas hədəfi hakimiyyət dəyişikliyidir:

“Bunun necə həyata keçiriləcəyi haqda deyə bilərəm ki, müxtəlif küçə aksiyaları olub, seçkilərdə iştirak var, hərçənd, gələcəkdə nəsə olacağını düşünürəm”.

Bununla oğul Koçaryan atasının edə bilmədiyini üzərinə götürdüyünü elan etdi.

İkincisi, Qarabağ iddiasının gündəmə gətirilməsi.

Levon iddia edir ki, “Qarabağ səhifəsi bağlanmayıb” və o, bununla bağlı mübarizə aparacaq. Baş verənlərin günahını isə Paşinyanın üzərinə yıxıb.

Belə görünür ki, Levon Koçaryan Ermənistan müxalifətinin yeni lideri, yaxud yeni siması olaraq ortaya çıxıb. Və bu planın Rusiyada hazırlandığı istisna edilməməlidir.

Rusiyanın Erməistanda hakimiyyət dəyişikliyi planı sirr deyil, lakin bunu sosial məsələlər üzərində edə bilmədiyi də ortadadır. Əsas motiv kimi Qarabağ məsələsi götürülsə də, müxalifətin indiyə qədər həyata keçirdiyi fəaliyyət nəinki nəticə vermir, ümumiyyətlə, effektiv deyil. Bunun səbəblərindən biri kimi erməni ictimaiyyətinin Robert Koçaryan və Serj Sarkisyanın timsalında keçmiş klana olan nifrəti, Paşinyan gedəcəyi təqdirdə, eyni xunta rejiminin qayıdacağına dair qorxularıdır.

İstisna deyil ki, Rusiya bu vəziyyətdə “bir daşla iki quş” vurmaq gedişi edir: həm müxalifətin yeni liderini-simasını önə çəkir, bununla əhalinin inamını qazanmağa çalışır, həm də yeni sima olaraq özünə yaxın olan şəxsi seçir, erməni müxalifəti üzərində nəzarət imkanlarını riskə atmaq istəmir.

Teqlər: