Moskvanın mərkəzində, Bolşoy Suxarevskidə ərzaq mağazasının da yerləşdiyi “Ptiçka” otelinin iki mərtəbəli binasında yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.
Bildirilib ki, yanğın dam örtüyünü bürüyüb və sürətlə bütün binaya yayılaraq çardağa çatıb.
Təcili yardım xidmətləri hadisə yerindədir. Hələlik itkilər barədə məlumat yoxdur.