Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Böyük Nikitskaya küçəsində naməlum şəxs münaqişədən sonra atəş açmağa başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Hadisə Moskvanın mərkəzində, Böyük Nikitskaya küçəsində yerləşən kafenin yaxınlığında baş verib”, – deyə agentliyin həmsöhbəti bildirib.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.