Rusiyanın Ukrayna hakimiyyətinin bəndləri partlatmağa hazırlaşması ilə bağlı ittihamlarını qəti şəkildə rədd edirik.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukrayna hakimiyyətinin günahı Rusiyanın üzərinə yıxmaq üçün guya Kiyev su elektrik stansiyasının, Kaniv su anbarının və ya digər infrastrukturun bəndlərini partlatmağa hazırlaşdığına dair absurd ittihamları qəti şəkildə təkzib edir”, – bəyanatda vurğulanıb.