Moskvadakı bütün ticarət mərkəzlərindən insanlar təxliyə edilir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Həmçinin Sankt-Peterburqda restoranlar polisin tələbi ilə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.
Teraktın ardınca binada partlayış baş verib. “Krokus”da böyük yanğın hələ də davam edir.