Moskvadan Mineralnıye Vodıya uçan təyyarə uçuş zamanı halı pisləşən 6 yaşlı qıza görə Volqoqradda məcburi eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə Volqoqrad Hava Limanı məlumat yayıb.
“2023-cü il iyulun 9-da Moskva (Domodedovo) – Mineralnıye Vodı reysi ilə uçan Sibir Hava Yollarının 2169 saylı təyyarəsi sərnişinlərdən birinin səhhəti ilə əlaqədar saat 15:25-də Volqoqrad hava limanında məcburi eniş edib. Sərnişin reysdən çıxarılaraq şəhərin tibb müəssisəsinin mütəxəssislərinə təhvil verilib” – məlumat deyilir.
Qeyd olunur ki, təyyarə saat 16:06-da təyinat yerinə uçub.