Moskvadan Tehrana tələb: Ordunu bölgədən çıxart!

Moskvadan Tehrana tələb: Ordunu bölgədən çıxart!

Rusiya ordusunun Suriyadakı yüksək rütbəli zabitlərinin SEPAH və şiə milis rəhbərləri ilə görüşünün detalları sızdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Rusiya İsrail hücumlarından hərbi texnikalarının zərər görməsini səbəb gətirərək İrandan Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etmələrini istəyib.

Xüsusilə rus əsgərləri ilə İran silahlılarının birgə istifadə etdiyi hərbi bazalara hücumlarda İsrailə qarşı əli zəif olan Rusiya, Təl-Əvivi məsuliyyətə cəlb etmək üçün milislərin orada olmadığını sübut etməyə çalışır.

Moskva da strateji mövqeyi sarsıldığını gördüyü üçün görüşdə, 49-cu alayın ətrafında yerləşdirilən İran bazalarının boşaldılmasını mütləq şəkildə tələb edib.

Sözügedən hərbi baza da İran üçün kritik bir yerdədir. Çünki Tehran xüsusi təyinatlılarını, S-200 zenit-raket kompleks sistemlərini və Rusiya istehsalı olan digər hərbi texnikanı burada gizlədir.

Moskva da İran qüvvələrini Əl-Həmdiyə şəhəri yaxınlığında, onlardan uzaqda yerləşən hərbi bazaya göndərmək istəyir.

Teqlər: