Moskvadan Riqaya reaksiya: Daxili işlərimizə qarışırsınız!

Moskvadan Riqaya reaksiya: Daxili işlərimizə qarışırsınız!

Riqanın Rusiya vətəndaşlarının öz ölkələrinin səfirliyinə girişini məhdudlaşdırmaq niyyəti dünya diplomatik praktikasında görünməmiş bir hadisədir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Riqadakı səfirliyinin Teleqram kanalında bildirilib.

Səfirlik qeyd edib ki, rusların konstitusiya hüquqlarına kobud müdaxilə və Rusiyanın daxili işlərinə qarışmaq cəhdidir.

Qeyd edək ki, daha öncə Latviya dövlət polisinin rəhbəri Armands Ruks bildirib ki, ölkə polisi, sərhəd xidməti və vətəndaşlıq və miqrasiya məsələləri üzrə departamenti Riqada keçiriləcək Rusiya prezidenti seçkiləri zamanı seçki məntəqəsinin girişində Rusiya vətəndaşlarının sənədlərini yoxlayacaq. Yaşayış icazəsinin müddəti bitərsə, deportasiya baş verəcək.

Teqlər: