Oktyabrın 12-də Moskvadan Vladiqafqaza uçan Ural Hava Yollarına məxsus sərnişin təyyarəsi 14:45-də (Bakı vaxtı ilə 13:45) havaya qalxıb. Ancaq U6 1367 reysi ilə uçan “Airbus A320” təyyarəsi bir saatdan sonra Domodedovo hava limanına geri qayıdıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Bildirilib ki, təyyarə havaya qalxdıqdan sonra sistemlərdən birində nasazlıq əlaməti müşahidə edilib. Ekipaj havada dövrə vurmağa və problemi həll etməyə çalışıb. Nəhayət, 5 dövrə vurduqdan və bir saatdan sonra geri qayıtmaq qərarı verilib.
Şirkət problemlə bağlı hər hansı açıqlama verməyib, yalnız enişin uğurla icra edildiyi və hər hansı narahatlıq olmadığını bildirib.