Moskvadan İrəvanın KTMT-də fəaliyyətini dondurmasına reaksiya

Moskvadan İrəvanın KTMT-də fəaliyyətini dondurmasına reaksiya

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini dondurmasından təəssüflənirik.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır”, – M.Zaxarova bildirib.

Qeyd edək ki, daha öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ölkəsi KTMT-dəki üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil.

Teqlər: