Moskvadan Fələstin və İsrailə çağırış

Moskvadan Fələstin və İsrailə çağırış

Moskva Fələstin-İsrail münaqişəsi zonasında yeni silahlı zorakılıq dalğasından ciddi narahatdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu dəfə gərginlik İsrail Hərbi Hava Qüvvələrinin avqustun 5-də Qəzza zolağına aviazərbələr endirməsi ilə yaranıb, fələstinli qruplar bu hücumlara cavab olaraq İsrail ərazilərini fərq qoymadan bombalamağa başlayıblar”, – Zaxarova bildirib.

O bildirib ki, Moskva Fələstin-İsrail münaqişəsi tərəflərini təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə qayıtmağa çağırır.

Teqlər: